• Bakı 16° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Azərbaycanda "Pfizer” peyvəndinin tətbiqinə başlanılır

CƏMİYYƏT

07 Iyun 2021 | 00:28

Azərbaycanda "Pfizer” peyvəndinin tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer” peyvəndinin tətbiqinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanılır. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürülməlidir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026