• Bakı 27° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bu ölkədə bir gündə 2 jurnalist öldürüldü 

DÜNYA

31 Oktyabr 2024 | 08:35 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə bir gündə 2 jurnalist öldürüldü

​​​​​​Meksikanın Kolima Ştatının Prokurorluğu, şəhərin mərkəzində özünə məxsus kafedə jurnalist Patrisia Ramiresin qətlini araşdırır.

Balıvaxti.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Prokurorluğun məlumatına görə, ilkin istintaqın nəticələrinə görə, mərhum kafedə işləyərkən, şübhəli şəxs ora daxil olub və ona atəş açıb. Polis əməkdaşları hadisə yerinə gəldikdə, qadını ciddi xəsarətlərlə aşkarlayıblar, sonra onun ölümünü təsdiqləyiblər.

Ramiresin əməkdaşlıq etdiyi redaksiyalar, prokurorluğun məlumatında onların həmkarının qətlə yetirilməsindən bəhs olunduğunu təsdiqləyiblər. O, son on il ərzində Kolimada mədəni və kütləvi tədbirləri işıqlandırıb.

İyunda Meksikanın Miçoakan ştatında Kotixa bələdiyyə başçısı Yolanda Sançes Figeroa qətlə yetirilib, həmin gün səsvermədən bir neçə saat əvvəl isə yerli seçkilərdə namizəd İsrael Delqado öldürülüb./report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026