Şotlandiyada əməliyyatlarda anesteziya üçün istifadə edilən desfluran adlı maddəni qadağan edilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu qərarı Şotlandiyanın Milli Sağlamlıq Agentliyi (NHS Scot) verib. Qeyd edilir ki, ətraf mühitə karbon dioksiddən 2500 dəfə daha zərərli olan və əməliyyatlarda anesteziya üçün istifadə edilən desfluran adlı maddəni qadağan edilməsi dünyada yeni bir çığır açıb.
Bu qadağa ilə ildə 1700 evin istifadə etdiyi enerjiyə bərabər emissiyanın qarşısı alınıb.
Bu addımın Milli Yaşıl Xəstəxanalar Proqramının ilk hərəkəti olduğu vurğulanaraq, əməliyyatlarda Desfluran əvəzinə ətraf mühitə daha az zərərli, tibbi baxımdan uyğun və təhlükəsiz alternativ anestezik vasitələrdən istifadə ediləcəyi vurğulanıb.
Nuranə















