• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu qida beyin zədələnməsinə səbəb olur

CƏMİYYƏT

16 Fevral 2023 | 15:58

Bu qida beyin zədələnməsinə səbəb olur

Şəkər beyində asılılıq yaradır. Bu qənaətə gələn alimlər ona görə də şirniyyatdan uzaq durmağı məsləhət görürlər.

Bakıvaxtı.az alimlərin bununla bağlı araşdırmasını və nəticəni təqdim edir

Alimlərə görə, şirin qidalar duzlu və yağlı qidalarla birlikdə insan beynində asılılıq kimi təsirlər yaradaraq nəzarətin itirilməsinə, həddindən artıq yemək yeməyə və sonradan çəki artımına səbəb olur. Şəkər forması olan qlükoza bədənin hər bir hüceyrəsi üçün əsas enerji mənbəyidir. Beyin sinir hüceyrələri və ya neyronlarla çox zəngin olduğu üçün bədəndəki bütün şəkər enerjisinin yarısını istifadə edərək ən çox enerji tələb edən orqandır.

Erkən insanlarda bu stimul onları kalorili qidalara yönləndirməyə kömək edir. Bu, onlara qida qıt olanda sağ qalmağa imkan yaradırdı. Amma indi bu primitiv impuls piylənməyə və diabetə səbəb olur.

Düşüncə, yaddaş və öyrənmə kimi beyin funksiyaları qlükoza səviyyələri və beynin bu yanacaq mənbəyindən nə dərəcədə səmərəli istifadə etməsi ilə sıx bağlıdır. Beyində kifayət qədər qlükoza yoxdursa, beynin kimyəvi xəbərçiləri olan neyrotransmitterlər istehsal olunmur və neyronlar arasında əlaqə pozulur.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR