• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu qidalar miqrenə səbəb olur

CƏMİYYƏT

14 Mart 2024 | 16:51

Bu qidalar miqrenə səbəb olur

Miqreni təhrik edən qidalar açıqlanıb.

Bakıvaxtı.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu qidaları nevroloq Anastasiya Tarasova sadalayıb.

Onun sözlərinə görə, baş ağrıları əsasən stress, parlaq işıq və ya kəskin xoşagəlməz qoxudan qaynaqlanır, lakin qida daha çox tətikləyicidir.

"Ən çox miqreni təhrik edən qidalar arasında donuz əti, kolbasa və vetçina var".

Tarasova əlavə edib ki, miqren tez-tez tiramin tərkibli qidaları qəbul etdikdən sonra baş verir. Bu birləşmə tirozinin amin turşusunun parçalanması nəticəsində əmələ gəlir və parmesan və çedar kimi pendirlərdə, hisə verilmiş ətlərdə, balıqlarda, fermentləşdirilmiş qidalarda, qoz-fındıq və qırmızı şərabda olur. Nevroloq qeyd edib ki, bu məhsulları qəbul etdikdən sonra beyində qan damarlarının selektiv daralması və genişlənməsi baş verir ki, bu da baş ağrısına səbəb olur.

Miqren tutmaları kofein, spirt və tropik meyvələr qəbul etdikdən sonra da, bəzən fast food hazırlamaq üçün istifadə olunan qida əlavələri - monosodium glutamat, aspartam, sulfitlər, nitratlar və tartazin boyası ilədə yarana bilər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026