• Bakı 25° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bu rayon qazsız qalacaq

CƏMİYYƏT

27 Sentyabr 2023 | 09:07 | Müəllif: Qalib İbrahimoğlu

Bu rayon qazsız qalacaq

Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar sentyabrın 27-də saat 10:00-dan işlər başa çatanadək Lənkəran rayonunun Girdəni kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyici qurğunun yenisi ilə əvəz olunması, həmçinin adıçəkilən rayonun Qurunba kəndində yerləşən Cəzaçəkmə müəsisəsinin qazlaşdırılması ilə bağlı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə "Lənkəran 1 və 2” və "RVU-2 (Lənkəran)" ölçü qovşaqlarından qaz təchizatınının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan zaman Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026