Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara, işləyən və digər şəxslərə dəfn müavinəti verir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Yalnız işləyəməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə həmin vəsait ödənilmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə bunu sürətlişəkildə təmin edə biləcəyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, iclasda komitə sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib.
***
11:00
Milli Məclisdə bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsi təklif edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
“Bunun üçün böyük məbləğ lazım deyil. Belə ki, bu müavinətin ödənilməsi üçün 10-12 milyon manat gərəklidir. Sahil bəy, bunu nəzərdə saxlasanız, çox yaxşı olar”,- deyə o bildirib.
Deputat əlavə edib ki, bununla bağlı komitə adından da aidiyyəti üzrə məktublar göndəriləcək
















