• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Çadda partlayış - 7 hərbçi həlak oldu

DÜNYA

26 Mart 2024 | 21:44 | Müəllif: Subhan Mahmudov

Çadda partlayış - 7 hərbçi həlak oldu

Silahlı qrupların fəaliyyət göstərdiyi Çad gölü bölgəsində mina partlaması nəticəsində 7 əsgər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çad prezidenti Mahamat İdriss Debi İtno məlumat verib.

Onun sözlərinə görə, paytaxtdan təxminən 200 km şimalda Çad gölü əyalətinin Çuku-Telia şəhərində mina partlaması nəticəsində 7 Çad əsgəri ölüb, bir neçəsi isə yaralanıb.

Qərbi Afrikadakı ən böyük radikal islamçı terror qruplaşması olan “Boko-Haram” 2002-ci ildə Nigeriyanın şimalında yaranıb, tarixi bazası Borno əyalətidir.

2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko-Haram”ı böyük məğlubiyyətə uğradıb və nəzarəti altında olan əraziləri xeyli azaldıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026