• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cavad Ovci Azərbaycana gələcək
 

SİYASƏT

24 May 2022 | 11:22

Cavad Ovci Azərbaycana gələcək

İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, iranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək.

Forumda “Energetika keçid dövründə - Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni hasilat imkanları, qaz marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi də nəzərdən keçiriləcək.

Daha əvvəl, yaxın vaxtlarda Azərbaycan və İran arasında Xəzər dənizində neft və qaz yataqlarının işlənməsinə dair yeni sazişlərin imzalanacağı barədə xəbər verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026