Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında İndoneziyada danışıqlar keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında paylaşım edib.
O, Lavrov-Çavuşoğlu görüşünün İndoneziyada G20 XİN başçılarının iclası çərçivəsində baş tutduğunu qeyd edib.
*** 09:57
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olacaq.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər.
M.Çavuşoğlu və S.Lavrov regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
S.Lavrov, həmçinin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək. Onlar regional və beynəlxalq məsələlərə dair danışıqlar aparacaqlar.
Qeyd edək ki, G-20 ölkələrinin XİN başçılarının iclası bu gün başlayacaq və 2 gün davam edəcək.
Xatırladaq ki, G-20 ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı noyabrın 15-16-da keçiriləcək.
















