• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Çaya aşan avtobusun içindən görüntülər - VİDEO

DÜNYA

11 May 2024 | 11:56

Çaya aşan avtobusun içindən görüntülər - VİDEO

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində körpüdən Moyka çayına aşan sərnişin avtobusunun içindən qəza anını əks etdirən görüntülər yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, anın görüntülərini “112” teleqram kanalı yayıb. 

Videodan avtobusun sürücüsünün idarəetməni itirdiyini görmək mümkündür. Avtobus çaya aşdıqda görüntülər yarıda kəsilib. 

Xatırladaq ki, hadisə zamanı 7 nəfər həlak olub. Ümumilikdə avtobusda 20-yə yaxın sərnişinin olduğu bildirilir. Rusiyanın İstintaq Komitəsi qəza ilə bağlı cinayət işi başladıb, avtobusun sürücüsü saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026