• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Belçikanın baş naziri istefa verəcək

DÜNYA

10 Iyun 2024 | 11:39 | Müəllif: Gülşən Şərif

Belçikanın baş naziri istefa verəcək

Belçikada keçirilən ümumi seçkilərdə baş nazir Aleksandr De Kronun rəhbərlik etdiyi liberal "Flemish Open Vld" 5,6 faiz səs toplayaraq 9-cu yerdə qərarlaşıb.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən bildirir ki, baş nazir partiyasının səsvermədə yüksək səs toplamamasından təəssüfləndiyini və istefa verəcəyini açıqlayıb.

"Bizim üçün xüsusilə çətin bir axşam oldu. Uduzduq. Sabahdan etibarən istefa verən baş nazir olacağam" - deyə De kro bildirib.

De Croonun göz yaşlarını saxlaya bilməyəcəyi anlar kameralara tuş gəlib.

Qeyd edək ki, iyunun 9-da Belçikada ümumi seçkilər keçirilib.İlk nəticələrə görə, federal parlament seçkilərində sağ təmayüllü millətçi Flamand N-VA qalib gəlib. Seçkilərin qalibi olacağı gözlənilən ifrat sağçı Flamand Vlaams Belanq həm federal parlamentdə, həm də Flaman regionunda ikinci yerdə qərarlaşıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026