• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

 ABŞ-dən BMT Təhlükəsizlik Şurasına çağırış

DÜNYA

10 Iyun 2024 | 11:47 | Müəllif: Gülşən Şərif

ABŞ-dən BMT Təhlükəsizlik Şurasına çağırış

ABŞ prezidenti Co Bayden Qəzzada elan etdiyi üç mərhələli atəşkəs təklifinin BMT Təhlükəsizlik Şurasında səsə qoyulmasına dair çağırış edib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyinin sözçüsü Neyt Evans açıqlama verib.

O, Baydenin ötən həftə açıqladığı hazırladığı atəşkəs təklifinin BMT Təhlükəsizlik Şurasında səsə qoyulmasını və dəstəklənməsini tələb edib:

"Sözügedən üç mərhələli razılaşmaya beynəlxalq dəstək veriləcəyi təqdirdə atəşkəs prosesi sürətlənəcək. Atəşkəs olacağı təqdirdə həm məhbusların azad ediləcək, həm də İsrail Qəzzadakı məskunlaşmalardan geri çəkiləcək". 

Evansın sözlərinə görə, İsrail artıq bu razılaşmanı qəbul edib. 

Sözügedən səsvermənin bu həftə BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınacağı gözlənilir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026