• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Cərimə borcu olan sürücü DYP-də özünü  yandırdı

HADİSƏ

16 Dekabr 2021 | 16:46

Cərimə borcu olan sürücü DYP-də özünü yandırdı

"Bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, ona yalnız cəriməni ödədikdən sonra avtomobilin buraxılacağı bildirilib: “Sürücü bundan əsəbləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağından yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib”.

Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində araşdırma aparılır.

Qeyd olunub ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026