• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ceyhun Bayramovla Maykl Zibert arasında görüş oldu

SİYASƏT

28 Noyabr 2022 | 17:22

Ceyhun Bayramovla Maykl Zibert arasında görüş oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqını Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, noyabrın 28-də CŞBayramov Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibertlə görüşüb.

Görüş zamanı, Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.

C.Bayramov Azərbaycanın sülh gündəliyi üzrə səyləri, Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə Üçtərəfli Bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmaması, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətrafı məlumat verib.

Görüşdə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Ceyhun Bayramovla Maykl Zibert arasında görüş olduCeyhun Bayramovla Maykl Zibert arasında görüş oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026