• Bakı 17° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Çində körpü uçdu: 11 ölü

DÜNYA

20 Iyul 2024 | 16:35 | Müəllif: Gülşən Şərif

Çində körpü uçdu: 11 ölü

Çinin Şansi əyalətində magistral yol üzərindəki körpünün uçması nəticəsində 11 nəfər ölüb, 30-dan çox adam itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:40 radələrində Şanluo şəhərində baş verib.

Hadisə nəticəsində bir neçə avtomobil Cinçien çayına düşüb. Axtarış-xilasetmə işlərinə 750-yə yaxın xilasedici, 18 qayıq, 32 dron cəlb olunub. Çaydakı güclü axın axtarış işlərini çətinləşdirib.

İlkin ehtimala əsasən, körpünün dağılmasına anidən yağan şiddətli yağışın əmələ gətirdiyi sel səbəb olub.

Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi, dəymiş ziyanın aradan qaldırılması barədə göstəriş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026