• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin və Rusiya arasında 7 saziş imzalanıb

DÜNYA

19 Avqust 2024 | 15:59 | Müəllif: Gülşən Şərif

Çin və Rusiya arasında 7 saziş imzalanıb

Rusiya və Çin təhsil, turizm, idman və kino sahəsində 7 saziş imzalayıblar.

Bakvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Andrey Denisov məlumat verib. 

O, bildirib ki, Rusiya Baş nazirinin müavini Tatyana Qolikova ilə imzalanan sazişlər humanitar əməkdaşlıq üzrə Rusiya-Çin Komissiyasının Moskvada keçirilən 25-ci iclasının yekunları üzrə baş tutub.

Qeyd edək ki, iyun ayında da Rusiya prezidenti Vladimir Putin Çin hökuməti ilə beynəlxalq elmi Ay stansiyasının (BKS) yaradılması haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb. Sazişin məqsədi Ay stansiyasının yaradılması, istifadəsi və istismarı üçün təşkilati-hüquqi bazanın yaradılmasıdır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026