• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İsraildən qərar: Qəzzada müharibənin intensivliyini artırır

DÜNYA

19 Avqust 2024 | 15:47 | Müəllif: Gülşən Şərif

İsraildən qərar: Qəzzada müharibənin intensivliyini artırır

İsrail hökuməti orduya müharibənin intensivliyini artırmağı tapşırıb.

Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bununla bağlı İsrailin siyasət və təhlükəsizlik kabineti orduya göstəriş verib. 

Bildirilib ki, İsrail atəşkəs danışıqlarında mövqeyinin güclənməsi üçün Qəzza zolağında müharibənin intensivliyini artırmalıdır.
 
Həmas isə İsrailin atəşkəs və əsir mübadiləsi ilə bağlı danışıqlarda mövqeyini gücləndirmək üçün Qəzza zolağında qarşıdurmaların intensivliyini artırmaq qərarını pisləyib. 
 
HƏMAS Siyasi Bürosunun üzvü İzzət Ər-Rişk bildirib ki, bu qərar İsrailin Qəzza zolağında xalqa qarşı faşist hücumlarının yenidən güclənməsinin və müdafiəsiz mülki insanları hədəf alan vəhşiliklərinin göstəricisidir.  

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026