• Bakı 7° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha 6 güləşçimiz AÇ-da mübarizə aparacaq

İDMAN

23 May 2024 | 09:51

Daha 6 güləşçimiz AÇ-da mübarizə aparacaq

Azərbaycanın 6 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının dördüncü günündə mübarizə aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu gün qadın güləşçilər döşək üzərinə çıxacaqlar.

Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıxova (72 kq) ilkin mərhələdən mübarizəyə başlayacaqlar. Şəhanə Nəzərova (50 kq) və Ruzanna Məmmədova (59 kq) isə təsəlliverici görüşə çıxacaqlar.

Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026