• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Danışıqlarda bəzi irəliləyişlər var, amma..." - Peskov

SİYASƏT

30 Mart 2022 | 17:30 | Müəllif: Qalib İbrahimoğlu

"Danışıqlarda bəzi irəliləyişlər var, amma..." - Peskov

"Moskva tərəfi görüşlə bağlı çox perspektivli bir şey deyə bilməz. Lakin Rusiya ilə Ukrayna arasında danışıqlarda bəzi irəliləyişlər var, amma hələ çox iş görülməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

D. Peskov qeyd edib ki, Ukrayna tərəfi, ən azı, konkret şəkildə təklif etdiklərini sənədə köçürməyə başlayıb.

Kreml nümayəndəsi keçmiş danışıqların nüanslarını, xüsusən rəsmi Kiyevin mümkün razılaşmanın təminatçısı olan yerlərin siyahısı, eləcə də Krım və Donbass məsələsinin qeyri-hərbi yolla həlli ilə bağlı təkliflərini şərh etmək istəməyib: "Biz Krımı işğal etməyəcəyik. Krım Rusiya Federasiyasının bir hissəsidir. Bizim konstitusiyaya görə, Rusiya Federasiyasının ərazilərinin taleyini heç kimlə müzakirə edə bilmərik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026