• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Danışıqların məntiqi dəyişmir" - Paşinyan

DÜNYA

25 Iyul 2023 | 14:36

"Danışıqların məntiqi dəyişmir" - Paşinyan

"Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında danışıqların gündəliyi dəyişmir. Danışıqlar müxtəlif platformalarda - Moskvada, Vaşinqtonda və Brüsseldə aparılır".

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlərdə prioritetlərin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

"Bu kontekstdə deyirəm ki, danışıqlarda uğur qazanmaq lazımdır. Gündəlikdə duran məsələlər heç bir halda dəyişmir, prinsipial məsələlər dəyişmir, müzakirənin məntiqi dəyişmir", - o deyib.

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında keçiriləcək üçtərəfli görüşdən gözləntilərə gəlincə, Paşinyan bildirib ki, Mirzoyandan Bakı ilə mümkün sülh müqaviləsinin daha bir neçə maddəsinin razılaşdırılmasında irəliləyiş gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026