• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

“Deputata qarşçı bu cür hadisənin baş verməsi..." - Adil Əliyev

CƏMİYYƏT

29 Mart 2023 | 00:33

“Deputata qarşçı bu cür hadisənin baş verməsi... - Adil Əliyev

“Həkimlərin dediyinə görə, vəziyyəti qənaətbəxşdir və hər hansı həyati təhlükəsi yoxdur. Özünü yaxşı hiss edir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) sədr müavini Adil Əliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlətin aidiyyəti qurumları faktla bağlı araşdırmalara başlayıblar:

“Hesab edirəm ki, bu ağır terror hadisəsidir. Deputata qarşçı bu cür hadisənin baş verməsi dövlət təhlükəsizliyi məsələsidir. Tam arxayın ola bilərsiniz ki, bu hadisə ilə bağlı dövlət tərəfində ciddi tədbirlər həyata keçiriləcək”.

O qeyd edib ki, daxili nizamnaməyə əsasən millət vəkilləri mühafizəçilərlə təmin olunmurlar:

“Millət vəkilləri əgər istəyirlərsə, silahla təmin oluna bilərlər. Hesab edirəm ki, Azərbaycanda ciddi olaylar olmadığı üçün deputatlar silahdan istifadə üçün müraciət etməyiblər. Ölkəmizdə sabitlik tam bərqərar olunubdur və bu sabitliyi pozmaq istəyən qüvvələr bilməlidirlər ki, bu hadisələrin qarşısı qətiyyətlə alınır”./report


SON XƏBƏRLƏR

18 Mart 2024