• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dilan Polat iflic qala bilər

DÜNYA

02 Yanvar 2024 | 16:00

Dilan Polat iflic qala bilər

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polatın iflic qala biləcəyi ilə bağlı iddialar yayılıb. 

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə “Dr. Mazhar Osman Ruh Sağlamlığı və Sinir Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanası”na aparılan Dilan Polatın səhhətindəki problemlər və həbsxana şəraiti səbəbindən iflic qalacağını bildirilib. 

Qeyd edək ki, 2019-cu ildən bəri antidepresan dərman istifadə etdiyi öyrənilən Dilanın dərmanı bitdiyi üçün xəstəxanaya yerləşdirildiyi bildirilib və iflic olduğu barədə xəbər yayılıb. Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb. 

Xatırladaq ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026