• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Donald Trampdan açıqlama: "Mən hazıram"

DÜNYA

09 Avqust 2024 | 09:30 | Müəllif: Əli Hüseynov

Donald Trampdan açıqlama: "Mən hazıram"

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp sentyabrın 4, 10 və 25-də demokrat rəqibi Kamala Harrislə canlı yayımda debata hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında çoxdan gözlənilən prezidentliyə namizəd debatlarını dəyərləndirib.

Rəqibi Harrislə qarşılaşmağa hazır olduğunu bildirən Tramp sentyabrın 4-də "Fox News", 10-da "ABC News" və 25-də "NBC News"-da debata razılaşdığını, Harrisdən cavab gözlədiyini bildirib. 

Trampın açıqlamasından sonra "ABC News" kanalı Harrisin sentyabrın 10-da canlı yayımda iştirak etməyə razılaşdığını bildirib.

Lakin Harrisin "Fox News" və "NBC News"-da təşkil ediləcək canlı yayımlarda iştirak edib-etməyəcəyi hələ açıqlanmayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026