• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Dördtərəfli görüş TƏXİRƏ SALINDI - YENİLƏNİB

DÜNYA

09 Aprel 2023 | 16:50 | Müəllif: Subhan Mahmudov

Dördtərəfli görüş TƏXİRƏ SALINDI - YENİLƏNİB

Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşü mayın əvvəlinə təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar günü Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov məlumat verib.

“Bazar ertəsi keçirilməsi planlaşdırılan görüş mayın əvvəlinə təyin edilib. Bu məsələ ilə bağlı müsbət nəticə əldə etmək üçün aidiyyəti tərəflər arasında təmaslar və məsləhətləşmələr davam edir”, - diplomat bildirib.

Yefimov Moskvanın dördtərəfli görüşün keçirilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb və həmçinin qeyd edib ki, tərəflər arasında bütün məsələləri bir və ya bir neçə danışıqlar raundunda həll etmək olmaz.

“Bu, uzun yoldur, lakin biz bu istiqamətdə addım-addım irəliləyirik”, - səfir qeyd edib.

 

***12:06

Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirlərinin görüşü may ayına təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı səfiri məlumat verib.

    O bildirib ki, görüşün sabah keçirilməsi nəzərdə tutulurdu.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR