• Bakı 26° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

DSX əməliyyat keçirdi - 75 kq narkotik...

CƏMİYYƏT

12 Iyun 2025 | 09:57

DSX əməliyyat keçirdi - 75 kq narkotik...

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram narkotik vasitə (48 kq 875 qram marixuana, 17 kq heroin, 8 kq metamfetamin, 2 kq tiryək) və 2000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

12 Iyun 2025