"Fənərbaxça"nın futbolçusu Edin Dzeko "Adana Demirspor"la oyunu tərk edərkən İsmail Kartaldan üzr istəyib .
Bakıvaxtı.az xəbər verir ki, sosial mediada “Adana Demirspor”la oyundan çıxarılmağa reaksiyası ilə gündəmi çalxalayan Edin Dzekonun baş məşqçi İsmail Kartaldan üzr istəməsi ilə bağlı Türkiyə mediasında xəbərlər yayılıb.
Dönüşdə İsmail Kartalın yanında əyləşən bosniyalı futbolçu, "O an buraxdığım qollara görə özümə əsəbiləşdim. Üstəlik bütün karyera görüntülərimə bir-bir baxsanız, görərsiniz ki, hər dəfə oynadığım komandadan qovulanda əsəbiləşirdim. Bu, mənim ambisiyam və oynamaq istəyimdir. Bütün karyera şəkillərimə bir-bir baxsanız, görərsiniz ki, komandadan qovulanda əsəbiləşirəm. Hörmətsizlik ağlımdan belə keçmədi. Hərəkətlərim səhv başa düşüldüsə, çox üzr istəyirəm", -deyə baş məşqçisindən üzr istəyib.
Ziyafət Əlisoy
















