Terror təşkilatı DEAŞ -ın Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində 15 oktyabrda bir şiə məscidinə hücumunun görüntüləri ortaya çıxmışdı. Oktyabrın 15 -də baş verən hücumda 47 nəfər həyatını itirmişdi.
Bakıvaxtı.az xəbər verir ki, terror təşkilatı DEAŞ -ın Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində 2 kamikadze ilə şiə məscidinə hücumunun görüntüləri ortaya çıxıb.
Kadrlarda məscidə yaxınlaşan 2 terrorçu, qapıda gözləyən məscidin 2 mühafizəçisini güllələyib yaralayıb.
Daha sonra yolun qarşısındakı məscidi seyr edən 3 -cü mühafizəçi, DEAŞ terrorçularına atəş açaraq 1 təcavüzkarı yaralayıb.
Yaralı terrorçu məscidə gedən dəhlizdə yerə yıxılır və üzərindəki bombanı partladıb.
Partlayışın şiddəti kamera görüntülərində əks olunub.
Xəsarət almayan digər terrorçu məscidə girir və üzərindəki bombanı partladıb.
Oktyabrın 15 -də Qəndəhar əyalətində şiə camaatına məxsus Fatimiyyə Məscidinə edilən hücumda 47 nəfər həyatını itirdi.
Aytac Aslan















