• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Əhalinin yanacaq xərcləri artıb

İQTİSADİYYAT

10 Iyul 2024 | 12:15

Əhalinin yanacaq xərcləri artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 557,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.

Ötən yarım il ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq, o cümlədən 15 milyard 036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024