• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Azərbaycanın valyuta bazarı böyüyüb

İQTİSADİYYAT

09 Avqust 2024 | 10:52

Azərbaycanın valyuta bazarı böyüyüb

Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında 20,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 32,9 % çoxdur.

Yarımillik əməliyyatların 17,8 milyard ABŞ dolları nağdsız, 2,4 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 32,8 % və 33,3 % çoxdur.

Nağdsız valyuta əməliyyatlarının 81 %-i ABŞ dollarında, 19 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 87,5 %-i ABŞ dollarında, 12,5 %-i digər valyutalarda baş tutub.


SON XƏBƏRLƏR

06 Sentyabr 2024