• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Əjdər Ol şikayətini geri götürdü

CƏMİYYƏT

06 Dekabr 2023 | 12:45

Əjdər Ol şikayətini geri götürdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) apellyasiya qərarından verilmiş kassasiya şikayətini geri götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Ali Məhkəmədə keçirilən iclasda elan edilib.

Prosesə sədrlik edən hakim Tahir Kazımov deyib ki, məhkum Cəbiyev məhkəməyə ərizə göndərib, vəkili tərəfindən verilmiş şikayətə baxılmamasını xahiş edib. 

Məhkəmə məhkumun prosessual hüququnu təmin edib. 

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Onun məhkəməsi 2 ildir davam edir./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026