• Bakı 25° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Əkrəm İmamoğlu seçkidə qalib gəldiyini AÇIQLADI

DÜNYA

01 Aprel 2024 | 01:18 | Müəllif: Subhan Mahmudov

Əkrəm İmamoğlu seçkidə qalib gəldiyini AÇIQLADI

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu seçkinin nəticələri ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, açıqlamasını CHP-nin İstanbul üzrə baş ofisində edib. 

"Bizi sevindirən odur ki, rayonlarda hədəflərimizə nail olduq. 14 bələdiyyəmizin hamısı vəzifəsinə davam edəcək. Bundan başqa, 11 bələdiyyədə əldə etdiyimiz məlumatlara əsasən, orada yekunlaşma mərhələsinə qədəm qoyan və nəticələrin aydın olduğunu deyə biləcəyimiz sahələrdir. Xüsusilə Qaziosmanpaşa, Pendik kimi rayonlarda.Onu da bildirmək istəyirəm ki, bir çox rayonlarda rəqabət baş-başa davam edir. 

Yoldaşlarımıza çatdırmaq istərdik ki, proseslər hələ bitməyib, məclis üzvlüyü və rayon bələdiyyə sədrləri yekunlaşmayıb. Proses imzalı protokollar qərargahımıza çatdırılana qədər mümkün qədər yaxından izlənilməlidir.

Mənim gözəl həmvətənlərim, biz seçkidə qalib gəldik", - deyə CHP-nin qalib namizədi qeyd edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026