Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.
Bakıvaxtı.az xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.



jpg-1740725350.webp)

jpg-1740722184.webp)

jpg-1740700755.webp)




png-1740663907.webp)
jpg-1740662682.webp)


