Aparıcı Elgiz Əkbər ifası zamanı xarici boğazlar edən müğənnilərə irad bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "Elgizlə izlə" proqramlnda deyib.
"Görürsən ki, müğənnilər türk mahnısında Azərbaycan, ya da milli mahnılarımızda türk boğazları edirlər. Çox gülməli alınır. Klasik mahnılarımızı olduğu kimi oxuyanlar azdır. 2-3 müğənni var ki, Azərbaycan klassik estrada musiqisini gələcək nəsillərə onlar ötürür. Qurtardı, getdi. Başqaları boğazlar edirlər. Yamaq kimi görünür. Bizim mədəniyyətlərimizdə oxşarlıq çox olsa da, musiqi baxımından fərq böyükdür" deyə, Elgiz bildirib.
















