• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

SİYASƏT

14 Sentyabr 2022 | 19:56 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şişin Çen ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Birgə həyata keçirilən layihələrin icra vəziyyəti, AİB-in 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas prioritetləri və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026