• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Əli Əsədov Söyüdlü ilə bağlı tapşırıqlar verdi

CƏMİYYƏT

25 Iyun 2023 | 13:27

Əli Əsədov Söyüdlü ilə bağlı tapşırıqlar verdi

Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması ilə bağlı vətəndaşların müraciətlərinin ən ciddi şəkildə araşdırılması və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın ilkin hesabat iclasında bildirib.

İclasda, aparılmış monitorinqlərin ilkin nəticələri, həmçinin Komissiya qarşısında duran vəzifələr müzakirə edilib.

Söyüdlü kəndində aparılan monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026