ABŞ-da anadangəlmə korluğu olan bir uşaqda sınaqdan keçirilmiş gen terapiyası sayəsində görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, “Associated Press” Mayamidə 14 yaşlı anadangəlmə görmə qüsuru olan Antonio Vento Carvajal adlı yeniyetmənin aylarla göz damcıları ilə gen terapiyasından sonra görmə qabiliyyətini bərpa etməsi ilə nəticələnən prosesi oxucularına çatdırıb.
Carvajalın həkim Alfonso Sabater tərəfindən tətbiq edilən gen terapiyası üsulu ilə sağlam şəkildə görməyə başlaması eyni metodun dünyada genetik problemlərlə doğulanlara da tətbiq oluna biləcəyi sualını yaradıb. Bütün bədən və gözlərində qabarcıqlara səbəb olan çox nadir genetik xəstəlik olan "distrofik epidermoliz büllozası" ilə doğulan Carvajalın dərisi dünyada ilk topikal gen terapiyasını sınaqdan keçirmək üçün klinik sınaqlara qatıldıqda kəskin şəkildə yaxşılaşıb.
Bu inkişaf Dr Sabaterin inamını gücləndirib ki, kor gənclərə yeni bir gen terapiyası tətbiq olunarsa, daha yaxşı görməyə yol aça bilər. Bu fikir Antonioya nəinki kömək edib, həm də digər insanların müalicəsinə qapı açıb.
Antonionun anası Yunielkys Carvajal oğlunun gözlərinin açılmasına necə sevindiyini göz yaşları ilə ifadə edib.
Elm adamları daha əvvəl kəşf ediblər ki, Antonionun genetik xəstəliyi həm dərini, həm də buynuz qişanı bir yerdə saxlayan "kollagen 7" adlı zülalın əmələ gəlməsinə kömək edən gen mutasiyasının nəticəsidir. Krystal Biotech şirkəti və Doctor Sabater sözügedən genin bütöv surətlərini Vyjuvek adlı müalicə ilə bədənə çatdırmaq, lazımi gen terapiyasına uyğunlaşdırmaq və yeni göz damcısı istifadə etmək üçün təsirsiz hala salınmış "herpes simplex virusu"ndan istifadə etmək qərarına gəlib.
Qeyd edək ki, dərman ilk dəfə siçanlar üzərində sınaqdan keçirilib.
Ay Tac














