• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Aparıcının yanğında həyatını itirənlərlə bağlı açıqlaması qalmaqal yaratdı

CƏMİYYƏT

24 Avqust 2023 | 11:45

Aparıcının yanğında həyatını itirənlərlə bağlı açıqlaması qalmaqal yaratdı

Yunanıstanın ERT dövlət kanalının aparıcısı yanğında həyatını itirən mühacirlərlə bağlı qan donduran ifadələr işlədib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Alexandras Douvara "Yaxşı ki, 18 kömürləşmiş mühacirdən başqa heç bir insanımızı itirməmişik" deyib.

“Yeganə xoş olan odur ki, biz yanaraq ölən 18 immiqrantdan başqa insanların həyatına yas tutmadıq” deyən spiker Yunanıstan mediasının tənqid hədəfinə çevrilib.

IN.GR xəbər saytı bunun qəbuledilməz bir üslub olduğunu bildirib: “Diktorun sözlərindən belə çıxır ki, Mühacirlər pis tanrının insanlarıdır, onların həyatı yunanlarınkı qədər vacib deyil”.

“Efimerida” qəzeti də aparıcının şərhini “biabırçı” adlandırıb.

Yunanıstandakı sosial media istifadəçiləri nifrət qanunu çərçivəsində diktora qarşı tədbir görülməsini tələb ediblər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026