• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda ilk dəfə “Sığorta Festivalı” keçiriləcək

CƏMİYYƏT

24 Avqust 2023 | 11:22 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda ilk dəfə “Sığorta Festivalı” keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə “Sığorta Festivalı” təşkil olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu festivalla əlaqədar bu gün keçirilən mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib. 

Onun sözlərinə görə, 2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də 26 avqust tarixdə start veriləcək “Sığorta Festivalı” layihəsidir.

İcraçı direktorun sözlərinə görə, festival 26 avqust – 7 sentyabr tarixlərində təşkil olunacaq. Festivalın 26 avqust tarixdə Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində başlamaqla Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub. 

Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” formatında təşkil olunacaq.

Media nümayəndələrinə festivalın təqdimatını nümayiş etdirilib. Təqdimata əsasən, maraqlı proqramlarla təşkil olunmuş festivalda əhalinin iştirakı sərbəst olacaq. Uzunmüddətli təəssürat yaratmağı vəd edən “roadshow”da həm əyləncəli, həm də məlumatlandırıcı oyunların keçirilməsi, bununla da sığorta savadlılığının artırılması hədəflənir. Hədiyyəli müsabiqələr, musiqili proqramlar, faydalı məlumatlarla əhali əsl festival ab-havası yaşayacaq.

Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir. Layihə çərçivəsində müxtəlif maarifləndirici və təşviqedici video və animasiya çarxları, poster və digər materiallar hazırlanaraq geniş auditoriyaya təqdim olunur. 

Ramid İbrahimov


Azərbaycanda ilk dəfə “Sığorta Festivalı” keçiriləcək
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026