Rus muzdlu qruplaşmasının lideri Yevgeni Priqojinin də olduğu şəxsi təyyarənin Moskva yaxınlığında qəzaya uğramasından sonra açıqlama verən Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson Priqojin keçmişini nəzərə alaraq ölümünün sürpriz olmayacağını deyib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, qəza xəbərini gördüklərini söyləyən Watson Priqojinin ölümü təsdiqlənərsə, "Heç kim təəccüblənməsin" deyib.
Priqojinin Embraer ERJ-135BJ tipli şəxsi təyyarəsi Moskvadan Sankt-Peterburq şəhərinə yola düşüb. Sankt-Peterburqda Tver vilayətində qəzaya uğrayıb və qəzada 3-ü pilot olmaqla, ümumilikdə 10 nəfər ölüb. Priqojinin də təyyarənin sərnişinlər siyahısında olduğu bildirilsə də, onun təyyarədə olub-olmaması hələ ki, təsdiqini tapmayıb.
ABŞ prezidenti Co Bayden təyyarənin qəzaya uğramasının arxasında Rusiya prezidenti Vladimir Putinin ola biləcəyinə işarə edib: “Rusiyada Putinin əli olmayan hadisələr azdır. Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmədim”.
Ay Tac




jpg-1695451418.webp)










