• Bakı 12° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

Ermənilər üçün ərzaq aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb - YENİLƏNİB+ FOTOLAR

CƏMİYYƏT

22 Sentyabr 2023 | 22:54

Ermənilər üçün ərzaq aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb - YENİLƏNİB+ FOTOLAR

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb. 

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə yola salınıb.

 

20:32

Sentyabrın 22-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələrdən ibarət yük göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam-Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb.

Bundan sonra da bu kimi humanitar məqsədli yüklərin çatdırılması təmin olunacaq.


SON XƏBƏRLƏR

08 Dekabr 2023