q
  • Bakı 20° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Saç boyaları zərərlidirmi? - AÇIQLAMA

CƏMİYYƏT

25 Iyul 2023 | 12:15

Saç boyaları zərərlidirmi? - AÇIQLAMA

"2023-cü il natural və təbii saç rənglərinə qayıdışın ilidir".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında hairstyle Lamiyə Ağayeva deyib.

Onun sözlərinə görə, saçın rəngi insanın yaşına uyğun olaraq seçilir:

"Bu yayın ən dəbdə olan saç rəngləri yaş kateqoriyalarına görə dəyişir. Daha çox dəbli rəngləri sevənlər arasında Hot red, Candy pink, Sweet mint, Sparkling rose aktualdır".

L.Ağayeva bildirib ki, təbii görünüş sevənlər daha çox natural rənglərə, Dark chocolate, Mocca, Baby blokde istifadə edə bilər.

"Saç boyaları zərərlidirmi" sualına müsahibimizin cavabı belə olub:

"Daha böyük yaş kateqoriyası həm təbiiliyi qorumaq, həm də müasir zamanda vaxt qıtlığına sinə gərmək üçün, ağarmış saçların daha gözəl görünməsini təmin etmək və boyadan çalışdıqca az istifadə etmək üsulunu seçirlər. Ümumiyyətlə, rənglərin saça zərəri yoxdur. Boyama texnikasından düzgün istifadə olunmaması ən böyük zərərdir". 

L.Ağayeva sonda qeyd edib ki, vəziyyətdən asılı olaraq saçlara baxım və qulluq da fərqlənir:

"Ümumiyyətlə, biz stilistlər yay mövsümündə xanımlara sevdikləri və dəbdə olan rəngləri bir və ya bir neçə ton açıq məsləhət görürük. Çünki, dəniz mövsümündə dəri tonumuz tündləşir. Saç rəngimizin həmişəkindən daha açıq tonda olmağı daha gözəl görünməyimizə vəsilə olur".

Xəyalə Rza


SON XƏBƏRLƏR