İranda Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxani həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, "Azad İran" Telegram kanalı bu barədə "HRANA" agentliyinə istinadən bildirib.
Məlumata görə, Əli Xameneinin bacısı qızı Fəridə Muradxaninin həbsinin səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri həbsi Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndiriblər. İnsan haqları fəalı Muradxaninin həbs ilə bağlı məlumatlar yanvarın 16-da yayılıb.
"HRANA" agentliyi bildirib ki, o, yanvarın 13-də evinə qayıdarkən ETTELAAT tərəfindən saxlanılıb.
Onun evində axtarış əməliyyatı keçirilib və Muraxdaninin bir sıra şəxsi əşyaları müsadirə edilib.
Fəridə Muradxani tutulduqdan bir gün sonra ailəsi ilə əlaqə saxlayaraq, Evin zindanının 209-cu kolon adlanan ETTELAAT-ın təcridxanasına köçürüldüyünü açıqlayıb.
Ramid İbrahimov

















