"Son bir həftə ərzində dünyada 16 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 74 mindən artıq insan isə koronavirusdan ölüb".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata görə, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 19 faiz azalıb, ölüm hallarının sayı isə 4 faiz artıb. Belə ki, fevralın 7-dən 13-dək koronavirusa 16 097 642 nəfər yoluxub, 74 494 nəfər isə bu virusdan ölüb.
















