• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Nazarbayevin daha bir qohumu saxlanıldı

DÜNYA

17 Mart 2022 | 22:52 | Müəllif: Subhan Mahmudov

Nazarbayevin daha bir qohumu saxlanıldı

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin daha bir yaxın qohumu polis tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə sabiq prezidentin qardaşı oğlunun həyat yoldaşı Gülmira Satıbaldı hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Bildirilib ki, sözügedən qadın ölkədəki müəssisələrin reyder zəbtində dolayısıyla iştirak edə bilər.

Qeyd edək ki, bir neçə gün öncə Gülmira Satıbaldının əri Kayrat Satıbaldı “Qazaxtelekom”un vəsaitlərini mənimsəmkə şübhəli bilindiyinə görə Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.(Axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026