• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kiyev sakinlərinə ÇAĞIRIŞ

DÜNYA

16 Aprel 2022 | 21:13 | Müəllif: Subhan Mahmudov

Kiyev sakinlərinə ÇAĞIRIŞ

Kiyevin hərbi administrasiyası rusiyali hərbçilərin paytaxtı yenidən raket atəşinə tutmağa başlaması səbəbindən əhalini hələlik evlərinə qayıtmamağa çağırır.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiya qoşunlarının paytaxt ətrafından geri çəkilməsindən sonra şəhərə qayıdanların sayı artmağa başlayıb.

Hazırda paytaxtın girişində kilometrlərlə uzanan tıxaclar əmələ gəlib. Bu, humanitar yardımın, fövqəladə, tibbi və kommunal xidmətlərin, həmçinin hərbçilərin hərəkətinə mane olur. Hər gün Kiyevə 40-50 min insan qayıdır ki, bu da əhalinin özü üçün təhlükə yaradır.

Kiyev meri Vitali Kliçko paytaxt sakinlərini hələlik şəhərə qayıtmamağa çağırıb. Əhalini Rusiya ordusunun raket hücumu təhlükəsi barədə xəbərdar edən mer bu məsələdə yalnız hərbçilərin tövsiyələrinə istinad etdiyini deyib.

Onun sözlərinə görə, paytaxt ətrafındakı ərazilərin minalardan təmizlənməsi üzrə işlər davam edir. Mina partlayışları nəticəsində dinc sakinlər arasında ölənlər var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026