• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şanxayda karantin rejimi yumşaldılır

DÜNYA

16 May 2022 | 21:01 | Müəllif: Qalib İbrahimoğlu

Şanxayda karantin rejimi yumşaldılır

COVID-19 virusunun sürətlə yayılması səbəbindən təxminən 2 aydır qapanma rejiminin tətbiq olunduğu Şanxayda karantin rejiminin yumşaldılmasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhər merinin müavini Çen Ton mayın 16-dan etibarən ticarət mərkəzlərinin, supermarketlərin, apteklərin, kafe və restoranların, qadın və kişi salonlarının mərhələli şəkildə fəaliyyətini bərpa edəcəyini bildirib. Həmin məkanlar epidemiya əleyhinə qaydalara, müştəri sayına ciddi riayət etməli, kafe və restoranlar isə hələlik yalnız “al-apar” rejimində çalışmalıdırlar.

Mayın 16-dan etibarən taksi və fərdi avtomobillərin şəhərkənarı zonada, habelə Cişan və Fensien rayonlarında, Pudon adlanan ərazinin bəzi aşağı riskli zonalarında hərəkətinə icazə verilib.

Çen Ton bildirib ki, epidemik vəziyyət yaxşılaşdıqca, xidmət sektoru üzrə daha çox məkanın fəaliyyətini bərpa etməsinə və genişləndirməsinə icazə veriləcək (azərtac). Bu istiqamətdə qarşıdakı həftələrdə şəhərlərarası qatarların sayının çoxaldılması və ölkədaxili təyyarə uçuşlarının bərpası da nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026