Türkiyənin "Türk Hava Yolları" milli aviaşirkəti beynəlxalq adının dəyişdirilməsi üçün ölkənin patent və ticarət markaları qurumuna müraciət edib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin yeni qərarına əsasən, aviadaşıyıcının beynəlxalq adı "Turkish Airlines" deyil, "Türkiye Havayolları" kimi istifadə olunacaq.
















