• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pakistan Əfqanıstanı bombaladı

DÜNYA

16 Aprel 2022 | 21:26 | Müəllif: Subhan Mahmudov

Pakistan Əfqanıstanı bombaladı

Pakistan Əfqanıstanın Xost və Kunar əyalətlərinə bir sıra hava zərbələri endirib.

Bakıvaxtı.az xəbər verir ki, hücum naməlum sayda Pakistan təyyarəsi tərəfindən həyata keçirilib.

Xost rəsmiləri hava hücumu nəticəsində 6 nəfərin öldüyünü bildiriblər. Kunar əyalətinin sakinləri isə bölgədə daha 33 nəfərin öldüyünü iddia ediblər.

Qeyd olunub ki, hava zərbələri sərhəddə Şimali Vəziristan rayonunda (Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində) pusqu təşkil edən terrorçuların yeddi pakistanlı əsgəri öldürməsinə cavab olaraq həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026