• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ukrayna NATO-dan yardım istəyib

DÜNYA

16 Fevral 2022 | 00:28 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna NATO-dan yardım istəyib

Ukrayna mülki əhaliyə təsir edə biləcək genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan beynəlxalq yardım istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti mülki əhaliyə təsir göstərə biləcək müxtəlif xarakterli genişmiqyaslı fövqəladə hallara hazırlaşır. Zəruri prosedurlara uyğun olaraq, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi Ukraynadan müraciət alıb", - məlumatda deyilir.

Ukrayna, həmçinin NATO-dan yüzdən çox yolsuzluq avtomobili, minatəmizləmə avadanlıqları və radiokimyəvi kəşfiyyat vasitələri tələb edib.

Qeyd edək ki, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi NATO-nun regionda fövqəladə hallara reaksiya mexanizmidir. Onun vəzifəsi təbii və texnogen fəlakətlər zamanı yardım üçün daxil olan müraciətləri və təklifləri əlaqələndirməkdir (report). Təsirə məruz qalan dövlət, adətən fövqəladə vəziyyətə qarşı mübarizə üçün xüsusi ehtiyaclar barədə bu strukturu məlumatlandırır, bundan sonra NATO ölkələri və tərəfdaş dövlətlər ona müvafiq məbləğdə yardım ayırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026